17 C
Baku
Monday, May 27, 2024

“Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”nə 8 min manatlıq cərimə protokolu yazılıb

“Naftalan Müalicə və Sağlamlıq Mərkəzi” MMC barəsində inzibati xəta protokolu tərtib edilib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.

Protokol Naftalan Şəhər Məhkəməsinə göndərilib. İşə baxan hakim Ayaz Səlimovdur.

Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər