6 C
Baku
Sunday, December 15, 2024

“NAĞDSIZ ÖDƏ NAĞD QAZAN” kampaniyasında  8 548 manat  pul mükafatı qazanılıb

“AtaBank” ASC-nin 1 may 2016-cı il tarixindən start verdiyi “NAĞDSIZ ÖDƏ NAĞD QAZAN” ani stimullaşdırıcı lotereya kampaniyası çərçivəsində 13  650 ədəd lotereya kuponları paylanılmış və uduş kampaniyasında iştirak edən müştərilərin lotereya kuponları əsasında 8 548 manat  pul mükafatı qazanılmışdır.

Bu kampaniya 01 May 2016-cı il  tarixindən başlayıb və 31 dekabr 2016-cı il tarixinədək davam edəcəkdir. Lotereyada “AtaBank” ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak edə bilərlər.

Keçən il olduğu kimi “AtaBank” ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edəcəklər!

Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.

Hazırda “AtaBank” ASC-nin POS-terminallarının sayı 20 000-ə yaxındır.

POS-terminalların siyahısı – http://atabank.com/?sid=430

Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com  saytına, www.facebook.com/atabank  və https://twitter.com/AtaBank  səhifəsinə daxil olmaq olar.

Son xəbərlər
Digər xəbərlər