19 C
Baku
Wednesday, May 1, 2024

Nağıllar aləminə aparan dünya qəsrləri

Bir zamanlar əzəməti ilə qürrələnmiş, indi isə kimsəsiz qalmış saraylarda gizli, sehrli və sanki ovsunlayıcı bir füsunkarlıq var.

Fasadlar çökür, iri zallar həşəratların və sürünənlərin məskəninə çevrilir, hər şey toz altında qalır, zamanın və təbiətin dağıdıcı qüvvələrinin təsiri evdəki hər küncdə hiss olunur, amma digər tərəfdən bura daxil olanda sanki keçmişə səyahət edir və hər hansı bir sarayın şahzadəsinə çevrilirsən.

Sizə dağılmış, lakin ecazkarlığını itirməmiş qəsrləri təqdim edirik.  

1. Dağətəyi qəsr, Ukrayna

7zabroshenixzamkov 1

Bu qəsr 1635-1640-cı illərdə tikilib, nə vaxtsa o, çox böyük zövqlə bahalı şəkildə bəzədilib, amma birinci dünya müharibəsi illərində əsgərlər interyerin bütün təmtərağını məhv edirlər. Bundan bir az öncə qəsr Roman Sanquçkonun mülkiyyətinə keçmişdi. O saraydan bir neçə bahalı mebel əşyası götürərək, onları 1936-cı ildə Braziliyaya keçirmişdi. İkinci dünya müharibəsi illərindən sonra, Sovet İttifaqında saraydan vərəm sanatoriyası kimi istifadə etməyə başlayıblar. Amma 1956-cı ildə qoca binada yanğın baş verir və üç həftə ərzində heç kəs yanğını söndürmək haqqında düşünmür. Nəticədə qəsrin bütün daxili tərtibatının gözəlliliyi ölür. Lvovskaya adına incəsənət qalereyası binanı bərpa etməyə çalışır, amma hələ ki, nəzərə çarpacaq qədər irəliləyiş yoxdur.

2. Miranda qəsri, Belçika

7zabroshenixzamkov 2

Miranda qəsri 1866-cı ildə ingilis memarı tərəfindən Ledekerke-Bofot ailəsi üçün tikilib. Ailə ikinci dünya müharibəsinə qədər bu qəsrdə yaşayıb, müharibə vaxtı isə bina Belçikanın dəmiryol şirkəti tərəfindən zəbt edilib. O, 1991-ci ildən bəri isə boş qalıb, bu səbəbə görə də sahibkarlar onu bələdiyyəyə verməkdən imtina edilər.

3.

7zabroshenixzamkov 3

4.

7zabroshenixzamkov 4

5. Xalkion Xoll, Milbruk, Nyu-York ştatı, ABŞ

7zabroshenixzamkov 5

İlk əvvəl Xalkion Xoll 1890-cı ildə təmtəraqlı bir otel kimi tikilmişdi, amma artıq 1901-ci ildə o bağlanır. Amma buna rəğmən qızlar üçün Bennet məktəbi bura köçəndən sonra bina özünün ikinci həyatına qovuşur və imarət bir neçə müddətə varlı ailələrin övladları üçün evə çevrilir. Amma birgə təhsil sistemi məşhurluq qazandıqdan sonra məktəb rəqabətə tab gətirə bilmir və 1978-ci ildə müflisləşir. O, zamandan bəri evdən heç kəs istifadə etmir.

6. Lillesden imarəti, Böyük Britaniya

7zabroshenixzamkov 6

Bu əzəmətli bina Edvard Llyod adlı bankir tərəfindən 1853-1855-ci illərdə tikdirilib. Birinci dünya müharibəsindən sonra, ev satışa çıxarılır və qızlar üçün açıq məktəbə çevrilir. O, 1999-cu ildə bağlanıb və o vaxtdan bəri istifadəsizdir.

7.

7zabroshenixzamkov 7

8. Bannerman qəsri, Nyu-York, ABŞ

7zabroshenixzamkov 8

Şotlandiyalı mühacir, Frensis Bannerman 1900-cü ildə ada alır və orada onu biznesinin özəyini təşkil edən hərbi sursatları saxlamaq üçün xüsusi istinadgah- qəsr tikir. Bennermanın ölümündən iki il sonra isə 1918-ci ildə, 200 ton sursat və barıt partlayaraq, binanın bir hissəsini məhv edir. Daha sonra 1969-cu ildə, yanğın zamanı döşəmənin və dam örtüyünün bir hissə yanır. 1950-ci ildən bəri isə bu ada kimsəsiz hesab olunur, çünki ona xidmət göstərən bərə (iri gəmi) fırtına zamanı batıb. 2009-cu ildə binanın qalan hissəsi də uçur.

9. Moromtsevo malikanəsi, Rusiya

7zabroshenixzamkov 9

Memar P.S. Bortsov 19-cu əsrdə fransız stilində bir sıra saray və qəsrlər tikib, amma Moromtsevo malikanəsi onların içərində bu gün üçün ən yadda qalanı hesab olunur.

10.

7zabroshenixzamkov 10
11. Səid-Xasim şahzadəsinin sarayı, Qahirə, Misir

7zabroshenixzamkov 11

Bu iqamətgah 1899-cu ildə Antonio Latsias tərəfindən layihələnib. Daha sonra o, ölkədə oğlanlar üçün ən yaxşı məktəblərdən birinə Əl-Nasiriyyə çevrilib. 2004-cü ildən bəri istifadəsizdir.

12.

7zabroshenixzamkov 12
13.

7zabroshenixzamkov 13

Son xəbərlər
 ⁠
Digər xəbərlər