17 C
Baku
Thursday, May 2, 2024

NASA kosmik tullantılar üçün xüsusi torbalar hazırlayacaq

ABŞ-da kosmik tullantılar üçün torbalar yaradılacaq. NASA bunun üçün 850 min dollar xərcləyəcək.

Amerikanın TransAstra startapı NASA ilə müqavilə bağlayıb. Şirkət kosmik tullantıların toplanması üçün “torbala”ların prototipini hazırlamalı və onu Yerdə sınaqdan keçirməli olacaq.

Torbalar istifadə müddəti bitmiş rabitə peyklərini və çəkisi 50 min tona qədər olan asteroidləri tuta biləcək. Yeni qurğu orbital zibillərin təmizlənməsinin digər üsulları ilə müqayisədə üstünlüklərə malikdir. Şişirdilən konstruksiyalardan istifadə edərək zibil toplamaq ideyası NASA-nın Reaktiv Sürmə Laboratoriyasında asteroidlərdən qorunmaq üçün layihə üzərində işləyərkən yaranıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər