Webby Awards-da ən çox nominasiyaya sahib olan şirkət “The Walt Disney Company” olub.
NASA, The New Yorker jurnalı və “The Walt Disney Company” şirkəti, Webby Awards mükafatına layiq görülüblər. Bu haqda çərşənbə axşamı günü “International Academy of Digital Arts and Sciences” akademiyası məlumat verib.
Banker.az xəbər verir ki, Webby Awards-da ən çox nominasiyaya layiq görülən “Disney” şirkəti, “ilin media şirkəti” kimi qeyd olunmuşdur. NASA “ən yaxşı sosial media fəaliyyəti”, The New Yorker jurnalı isə “ən yaxşı veb dizayn” nominasiyaları üzrə mükafat qazanıb. “Ən yaxşı səs köməkçisi” nominasiyasında Alexa mükafatı, “ən yaxşı
1996-cı ildə təsdiq edilən bu mükafat, Beynəlxalq rəqəmsal incəsənət və elmlər akademiyası adından verilir.
Mükafat veb-sayt dizaynı, şəbəkə videoları, internet-reklam və media, xidmətlər, sosial şəbəkələr, mobil internet və oyun saytları kimi nominasiyalarda verilir. Hər bir nominasiya üzrə beş namizəd seçilir. Akademiyanın nümayəndəsi TASS-ın müxbirinə verdiyi müsahibədə qeyd edir ki, bu beş namizəddən birini akademiyanın üzvləri tərəfindən, ikincisi isə internet-səsvermə nəticələrinə görə müəyyənləşdirilir.
Mükafata layiq görülmüş şirkətlər üzərində “The Webby” yazısı olan heykəlciyini və öz saytında Webby Awards loqosunu yerləşdirmək hüququnu, müxtəlif kateqoriyalar üzrə iştirak etmiş namizədlər isə iştirakçı sertifikatını alırlar.
Cari ildə akademiya təxminən 13 min iştirak sorğusunu qəbul edib.