2 C
Baku
Saturday, December 14, 2024

NATO büdcəsinə ən çox töhfə verən ölkələr açıqlanıb

Şimali Atlantika Alyansı (NATO) 75 illik yubileyini qeyd edir. NATO-nun yubiley mərasimində ABŞ Prezidenti Cozef Bayden bildirib ki, bu gün təşkilat 32 ölkənin səyləri nəticəsində əvvəlkindən daha güclüdür.

NATO-nun öz hərbi resursları olsa da, təşkilatın hərbi strukturunun böyük hissəsini üzv ölkələr təşkil edir. Bəs hazırda Alyansa ən çox töhfə verən dövlətlər hansılardır?

2006-cı ildə NATO-ya üzv ölkələr təşkilatın hərbi hazırlığının təmin edilməsi məqsədilə ÜDM-in 2 faizini müdafiə xərclərinə ayırmaqla bağlı razılığa gəlib. Ancaq bu faiz yalnız ölkələrin siyasi iradəsinin göstəricisidir.

2023-cü ilin iyul ayında yalnız 11 ölkə bu hədəfə çata bilib, 860 milyard dollarlıq töhfə verən ABŞ ən çox investisiya qoyan ölkə olub (ümumi xərclərin 68 faizi).

Ancaq ölkələrin ÜDM faizini müqayisə etsək, ABŞ reytinqdə birinci yox, ikincidir. Müdafiəyə ən çox pul xərcləyən ölkə 2023-cü ildə hərbi xərclərə ÜDM-in 3.92 faizini, yəni 29.1 milyard dollar vəsait ayıran Polşadır.

Ümumilikdə, təşkilatın bildirdiyinə görə, 31 üzv dövlətdən 8-i razılaşdırılmış faizdən daha az töhfə verir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər