19 C
Baku
Saturday, May 25, 2024

NATO müdafiə nazirləri Ukraynaya havadan müdafiə sistemləri göndərmək barədə razılığa gəliblər

NATO müdafiə nazirləri Ukraynaya havadan müdafiə sistemləri də daxil olmaqla hərbi yardımı artırmaq barədə razılığa gəliblər.

Bunu NATO Baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının bugünkü iclasının yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“NATO müttəfiqləri alyans boyu hərbi imkanları dəyərləndirib və qərar gəliblər ki, Ukrayna üçün ayrıla biləcək sistemlər (havadan müdafiə üçün -red.) var. Beləliklə, mən Ukrayna üçün havadan müdafiə sistemlərinin təminatı ilə bağlı tezliklə yeni elanların olacağını gözləyirəm”, – NATO Baş katibi deyib.

NATO Baş katibi Almaniyanın Ukraynaya əlavə “Patriot” batareyalarının ayrılması qərarını təqdir etdiyini deyib.

“Patriot” sistemlərindən əlavə başqa müdafiə sistemləri də vardır ki, müttəfiqlər onları Ukraynaya verə bilər. Belə müdafiə sistemlər olmayan bir çox NATO müttəfiqləri isə Ukrayna üçün havadan müdafiə sistemlərinin alınması məqsədilə maliyyə dəstəyi verəcəklərinə söz veriblər”.

NATO Baş katibi əlavə edib ki, iclas zamanı bir neçə NATO müttəfiqi Ukraynaya dəstəklə bağlı konkret vədlər veriblər və tezliklə bu barədə bəyan edəcəklər. Baş katib xatırladıb ki artıq Niderland, Danimarka yeni yardım paketlərini elan ediblər. “Mən ABŞ Konqresində Ukraynaya əlavə yardım paketi ilə bağlı sabah keçiriləcək səsvermə qərarını alqışlayıram”.

Baş katib deyib ki, Ukrayna ona verilən hərbi dəstəklə Rusiyanın hərbi imkanlarını məhv edir: “Ukraynaya verilən yardım xeyriyyə deyil, bu bizim öz təhlükəsizliyimizə qoyduğumuz sərmayədir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər