23 C
Baku
Friday, April 19, 2024

NATO-nun Hərbi Komitəsi Ukrayna ilə bağlı iclas keçirəcək

NATO-nun ali hərbi orqanı olan Hərbi Komitənin iclası keçiriləcək.

Bu barədə NATO-nun saytında məlumat verilib.

Bildirilib ki, mayın 19-da Brüsseldə baş tutacaq iclasa Hərbi Komitənin sədri admiral Rob Bauer rəhbərlik edəcək. İclasın sessiyalarına isə Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) general Tod Volters və Müttəfiqlərin Transformasiya üzrə Ali Komandanı (SACT) general Filip Lavigne sədrlik edəcək.

Alyansa üzv 30 ölkənin Baş Qərargah rəislərinin iştirak edəcəyi iclasda NATO üçün strateji əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.

Bildirilib ki, NATO Baş katibi Yens Stoltenberq geostrateji kontekst və iyunda keçiriləcək Madrid Sammitinə hazırlıq məsələlərini müzakirə etmək üçün Komitənin iclasının ilk sessiyasına qatılacaq. İkinci sessiya Rusiyanın Ukraynadakı müharibəsinə həsr olunacaq. Müzakirədə Finlandiya, İsveç və Ukraynanın Müdafiə nazirliklərinin Baş qərargah rəisləri də iştirak edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər