NATO-ya üzv olan ölkələrin xarici işlər nazirləri bu gün Rumıniyanın paytaxtı Buxarestdə görüşəcəklər.
Bu barədə NATO-nun rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, nazirlər NATO-nun Strateji Konsepsiyasının həyata keçirilməsi, Ukraynaya dəstək və digər məsələləri müzakirə edəcəklər.