22 C
Baku
Sunday, May 26, 2024

NATO Rumıniyaya müşahidə təyyarələri göndərir, Rusiyanın hərbi fəaliyyətini izləyəcək

NATO Rumıniyanın paytaxtı Buxarestə Havadan Xəbərdarlıq və Nəzarət Sistemi (AWACS) müşahidə təyyarələrini göndərməyə hazırlaşır.

Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Təyyarələrin yanvarın 17-də Buxarestə göndərilməsi planlaşdırılır. Bu təyyarələr Alyansın regionda gücləndirilmiş mövcudluğunu dəstəkləyəcək və Rusiyanın hərbi fəaliyyətini izləyəcək.

“Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsi Avropada sülh və təhlükəsizliyi təhdid etməkdə davam etdiyi üçün NATO-nun müttəfiq ərazilərinin hər qarışını qorumaq və müdafiə etmək əzminə heç bir şübhə olmamalıdır”, – NATO sözçüsü Oana Lungesku bildirib.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından etibarən NATO AWACS Rusiya döyüş təyyarələrini NATO sərhədləri yaxınlığında izləmək üçün Şərqi Avropa və Baltik dənizi regionunda müntəzəm patrullar həyata keçirir.

NATO-nun mətbuat xidmətinin məlumatında qeyd olunub ki, AWACS yaxın günlərdə Alyansın ərazisi üzərində kəşfiyyat uçuşlarına başlayacaq. Missiyanın bir neçə həftə davam etməsi planlaşdırılır. Təyyarələr Almaniyanın Qaylenkirhen şəhərində yerləşən NATO-nun 14 müşahidə təyyarəsindən ibarət donanmaya aiddir.

NATO-nun mətbuat xidmətinin məlumatında qeyd olunub ki, təxminən 180 hərbçi Rumıniya Hərbi Hava Qüvvələrinin Buxarest yaxınlığındakı Otopeni bazasını yerləşdiriləcək.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər