24 C
Baku
Monday, April 29, 2024

NATO: Türkiyə İsveçin üzvlüyü üzrə öhdəliklərində irəliləyiş olduğunu bildirib

Bu günlərdə Ankarada İsveç, Türkiyə, Finlandiya və NATO nümayəndələrinin görüşü keçirildi. Təbii ki, bu iclas qalan bütün məsələləri həll etmədi, lakin müzakirələr konstruktiv mühitdə keçib və müəyyən irəliləyiş əldə olunub.

Bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

“Mənim bu aylar ərzində də bəyanatlarım ondan ibarət olub ki, İsveç vədlərini yerinə yetirib. Bu gün iclasda da müttəfiqlərin çoxu da bəyan etdi ki, İsveçin üzvlüyü ratifikasiya olunmağa hazırdır və müttəfiqlərin çox artıq sənədi ratifikasiya edib. Türkiyə tərəfindən də artıq mesaj verilib ki, İsveç həqiqətən ötən il Madriddə imzalanan müqavilənin yerinə yetirilməsində irəliləyiş edib”, – Baş katib bəyan edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər