Rusiya Federasiyasının tammiqyaslı müharibəsinin başlandığı 2022-ci ildən Ukrayna Şimali Atlantika Alyansına üzv dövlətlərdən təxminən 120 milyard dollar məbləğində maliyyə, humanitar və hərbi yardım alıb.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
O, Ukrayna Naminə Alyansa üzv olan ölkələrin bu cür dəstəyini misilsiz adlandırıb.
“Amerika Birləşmiş Ştatları ən böyük milli donor olsa da, Avropa ölkələri və Kanada ümumi yardımın yarıdan çoxunu təmin edib”, – Stoltenberq bildirib.
NATO-nun baş katibi həmçinin əlavə edib ki, Avropa dövlətləri təxminən beş milyon ukraynalı qaçqını qəbul edib.
“Avropa və Şimali Amerika Rusiyaya qarşı misli görünməmiş iqtisadi sanksiyaların tətbiqinə davam edir ki, bu da Şimali Amerika və Avropa ölkələrinin möhkəm birliyinə dəlalət edir”, – NATO-nun baş katibi vurğulayıb.