Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasına (NMR) gedib.
Muxtar respublikada olan nazirlik əməkdaşları NMR Dövlət Nəqliyyat Xidməti publik hüquqi şəxsdə müəyyən yoxlamalar aparıblar. Yoxlamalar daha çox xidmətin son dövrlərdə gördüyü işlər, eyni zamanda sənədlərin yoxlanılması istiqamətində həyata keçirilib.
Dövlət Nəqliyyat Xidməti nazirlik əməkdaşlarının muxtar respublikada olduğunu təsdiq ediblər.