İyunun 9-da- Duzdağda yeni şaxta istifadəyə verilib.
Banker.az xəbər verir ki, bu barədə Naxçıvan İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Belə ki, məlumatda bildirilib ki, “Muxtar respublikada il ərzində 6-8 min ton duz istehsal olunur. Yeni şaxta və istehsal kompleksi fəaliyyətə başladıqdan sonra isə birnövbəli iş rejimində müəssisənin illik istehsal gücü 15 min ton olacaq. Bu da daxili tələbatı ödəməklə yanaşı, həm də böyük ixrac potensialı deməkdir”.
Naxçıvan duzunun regionlarda da satışını təmin etmək üçün Bərdə şəhərində baza yaradılıb. Yeni müəssisə istifadəyə verildikdən sonra Naxçıvan duzu istehsal olunaraq dünya bazarına çıxarılacaq.