1 C
Baku
Saturday, December 14, 2024

“Naxçıvan İpoteka Fondu” ASC-nin İdarə Heyətinə yeni üzv təyin olunub

Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə yeni üzv təyin olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla bu vəzifəyə Yavər Səməd oğlu Hacıyev təyin edilib.

Qeyd edək ki, Y.Hacıyev 1990-ci ildə Naxçıvan şəhərində anadan olub. 

O, 2012-2013-cü ildə Azərbaycan Mərkəzi Bankın Naxçıvan idarəsində operator işləyib. 2013-2019-cu ildə Kapital Bank Naxçıvan MR Baş İdarəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər