Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin elektron informasiya resursu, yəni “nnk.gov.az” domen adı ilə AzStateNet şəbəkəsinə köçürüldü.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.