Azərbaycanda Naxçıvan Muxtar Respublikasına dəmir yolu xətti çəkilə bilər.
Bunu”Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qurumun 2016-cı ildə görüdüyü işlərə dair keçirdiyi tədbirdə deyib.
“Azərbaycan ilə Naxçıvan Muxtar Respublika arasında dəmir yolunun salınmasını arzu edirəm. Bu məsələnin hansı şəkildə icra olunması, nə qədər texniki nəqliyyat vasitələrinin tələb olunması və s. məsələləri “Azərbaycan Dəmir Yolları”nın müvafiq şöbələrinin rəisləri, eləcə də müavinlərimlə müzakirə etmişik”, – deyə C.Qurbanov bildirib.