Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının nəqliyyat sektorunda 1 milyon 849 min ton yük daşınılıb.
Banker.az Naxçıvan Dövlət Statistika Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 0.7% çoxdur.
Qeyd etmək lazımdır ki, ötən ilin yanvar-fevral ayında Muxtar Respublikada nəqliyyat sektorunda yük dasımalarının həcmi 1 milyon 836 min ton olub.