“Naxçıvan Sığorta”nın Direktorlar Şurasının sədri vəzifəsini tərk edib

“Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Əsədulla İsgəndərov vəzifəsini tərk edib.

Banker.az xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, “Naxçıvan Sığorta” 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% “Naxçıvan Bank” ASC-dir.

Ə.İsgəndərov bu ilin yanvar ayına qədər həm də adıçəkilən bankın Müşahidə Şurasının sədri olub, hazırda isə Şuranın üzvü kimi fəaliyyət göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər