İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Naxçıvan Televiziya və Radio Verilişləri” QSC-ni dövlət qeydiyyatına alıb.
“Report” xəbər verir ki, səhmdar cəmiyyəti Naxçıvan Dövlət Televiziya və Radio Komitəsi ilə eyni hüquqi ünvanda – Naxçıvan şəhəri, İstiqlal küçəsi, 82-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı açıqlanmır, qanuni təmsilçisi isə gözlənildiyi kimi Sahil Abdulla oğlu Tahirlidir. O, indiyə qədər adı çəkilən Komitənin sədri olub.