Naxçıvan Muxtar Respublikası üzrə 2017-cı ilin noyabr ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.
Banker.az AzVison-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% və daha artıq nəticə ilə yerinə yetirilib. Muxtar respublikanın müəssisə və təşkilatları isə ödənişi 80,3 faiz icra edib.
Həmçinin Dövlət Energetika Xidməti üzrə 2017-ci ilin noyabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
Məlumata əsasən, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerjisi ödənişi 100 % nəticə ilə yerinə yetirilsə də, Muxtar respublikanın müəssisə və təşkilatlarında ödəniş 36,7 faiz icra olunub.