6 C
Baku
Sunday, December 15, 2024

“Naxçıvanbank” BOKT-a çevrilir

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti adını və təşkilati-hüquqi formasını dəyişir.

Banker.az-ın banka yaxın mənbələrdən əldə etdiyi məlumata görə, adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir.

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ilk regional bankıdır və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 4 avqust 2008-ci il tarixli 252 saylı lisenziyaya əsasən, 11 sentyabr 2008-ci il tarixdən fəaliyyət göstərir. Bankın baş ofisi Naxçıvan MR, Naxçıvan şəhər, C.Məmmədquluzadə küçəsi, 27 ünvanında yerləşir.

Xatırladaq ki, 1991–2016-cı illərdə Parabank adı ilə olan bank 2016-cı ildən  Parabokt adı ilə “bank olmayan kredit təşkilatı” (BOKT) kimi Azərbaycanda fəaliyyət göstərməyə başlayıb.

 

Son xəbərlər
Digər xəbərlər