Bakıda “Avtomobilsiz Gün” keçiriləcək – Bu küçə 10 saat nəqliyyata bağlanacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərinin “Avropa Mobillik Həftəsi”ndə iştirakı üçün müraciət edib və namizədlik təsdiqlənib.

AYNA-dan verilən məlumata görə, bununla əlaqədar 16–22 sentyabr tarixlərində paytaxtda davamlı və təhlükəsiz hərəkətliliyin təşviqinə yönəlmiş silsilə tədbirlər keçiriləcək.

Həftənin əsas tədbirlərindən biri sentyabrın 20-də keçiriləcək “Avtomobilsiz Gün” olacaq. Həmin gün saat 10:00-dan 20:00-dək Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər