8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

“Naxçıvanbank” da mənfəət açıqladı

“Naxçıvanbank” 2020-ci ilin yanvar-sentyabr aylarını 6 milyon 728 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 4 milyon 404 min manat olub. Belə ki, bu il “Naxçıvanbank”ın xalis mənfəəti 2 milyon 324 min manat və ya 53% artıb.

Banker.az bu barədə bankın 3-cü rüb maliyyə göstəricilərinə istinadən xəbər verir.

ƏMƏLİYYAT MƏNFƏƏTİ 2 DƏFƏYƏ YAXIN ARTIB

“Naxçıvanbank”ın 9 ayda cəmi gəlirləri 12 milyon 410 min manat, cəmi xərcləri 3 milyon 875 min manat olub. Gəlirlər xərcləri üstələdiyindən bankın 8 milyon 535 min manatlıq əməliyyat mənfəəti yaranıb. Ötən ilin müvafiq dövründə isə “Naxçıvanbank”ın cəmi gəlirləri 8 milyon 341 min manat, cəmi xərcləri isə 3 milyon 218 min manat təşkil etmişdir ki, bu da 5 milyon 123 min manat əməliyyat mənfəətinin yaranması deməkdir. Beləliklə, bu il bankın əməliyyat mənfəəti 3 milyon 412 min manat və yaxud 2 dəfəyə yaxın artıb.

GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ ARTIB

Bu ilin 9 ayı ərzində “Naxçıvanbank”ın faiz gəlirləri 8 milyon 722 min manat (illik müqayisədə 60% çox), qeyri-faiz gəlirləri 3 milyon 688 min manat (28% çox), faiz xərcləri 554 min manat (47% çox), qeyri-faiz xərcləri 3 milyon 321 min manat (17% çox) olub.

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

2020-ci ilin yanvar-sentyabr aylarında “Naxçıvanbank”ın cəmi aktivləri 236 milyon 634 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% artım deməkdir. Bunun 118 milyon 60 min manatı müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin yanvar-sentyabr aylarında isə bu göstərici 84 milyon 696 min manat idi. Belə ki, bankın kredit portfeli 39.4% böyüyüb.

DEPOZİT PORTFELİ BÖYÜYÜB

Bu ilin 9 ayı ərzində bankın cəmi öhdəlikləri 145 milyon 773 min manat olub ki, bu da illik müqayisədə 15.4% artımdır. Bankın depozit portfeli isə 83 milyon 441 min manat  təşkil edib. Beləliklə, “Naxçıvanbank”ın depozit portfeli 6% artıb.

KAPİTALI ARTIB

30 Sentyabr 2020-ci il tarixində “Naxçıvanbank” 90 milyon 861 min manat cəmi kapitala malik olub. Bank ötən ilin 9 ayında 83 milyon 58 min manat kapitala malik idi. Beləliklə, “Naxçıvanbank”ın kapitalı 9.4% artıb.

Bildirək ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

NBaktivohdelikkapital

Son xəbərlər
Oxşar xəbərlər