10 C
Baku
Friday, December 13, 2024

“Naxçıvanbank” mənfəət edib, gəlirləri artıb

“NaxçıvanBank” ASC bu ilin III rübünü 5 milyon 924 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 6 milyon 728 min manat olub.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Yanvar-sentyabr aylarında “NaxçıvanBank”ın gəlirləri 13 milyon 163 min manat (illik müqayisədə 6% çox), xərcləri 4 milyon 576 min  manat (18% çox), xüsusi ehtiyatlara ayırmaları 1 milyon 702 min manat təşkil edib. Bank 960 min manat mənfəət vergisi ödəyib.

Bu il oktyabrın 1-nə “NaxçıvanBank”ın aktivləri 308 milyon 906 min manat olub. Ötən ilin sonunda isə bankın aktivləri 298 milyon 578 min manat təşkil edib.

DEPOZİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə “NaxçıvanBank”ın öhdəlikləri 211 milyon 448 min manat, o cümlədən depozit portfeli 150 milyon 147 min manata çatıb.

Xatırladaq ki, “NaxçıvanBank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Son xəbərlər
Digər xəbərlər