9 C
Baku
Friday, December 13, 2024

“Naxçıvanbank” xalis mənfəət açıqladı

“Naxçıvanbank” bu ilin I rübünü 2 milyon 240 min manat mənfəətlə başa vurub. Ötən ilin birinci rübündə isə bankın mənfəəti 2 milyon 178 min manat olub ki, bu da illik müqayisədə 2.8% artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin 3 ayında “Naxçıvanbank”ın gəlirləri 4 milyon 113 min manat, xərcləri 1 milyon 440 min manat olub. 2020-ci ilin yanvar-mart aylarında bankın gəlirləri 3 milyon 975 min manat, xərcləri 1 milyon 367 min manat təşkil edib. Belə ki, “Naxçıvanbank”ın gəlirləri  3.5%, xərcləri isə 5.3% artıb.

2021-ci ilin aprel ayının 1-nə “Naxçıvanbank”ın cəmi akivləri 268 milyon 577 min manat olub ki, bu da illik müqayisədə 18% artımdır. Bunun 122 milyon 478 min manatı müştərilərə verilmiş kreditlərdır. Ötən il isə müştərilərə verilmiş kreditlər 103 milyon 638 min manat olub. Bankın kredit portfeli 18.2% böyüyüb.

Bu ilin ilk rübündə “Naxçıvanbank”ın cəmi öhdəlikləri 23.2% artaraq 175 milyon 74 min manat, cəmi kapitalı isə 8.6% artaraq 93 milyon 504 min manat təşkil edib.

n1 n2 n3 n4 n5 n6

 

 

Son xəbərlər
Digər xəbərlər