19 C
Baku
Friday, May 3, 2024

“NaxçıvanBank”ın mənfəəti 2 dəfədən çox artıb

“NaxçıvanBank” ASC 2022-ci ili 13 milyon 54 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 6 milyon 301 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 dəfədən çox artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə “Naxçıvan Bank”ın gəlirləri 27 milyon 101 min manat (illik müqayisədə 38% çox), xərcləri 9 milyon 890 min manat təşkil edib. 2021-ci ildə bankın gəlirləri 18 milyon 406 min manat, xərcləri isə 6 milyon 619 min manat olub.

Bu il yanvarın 1-nə “Naxçıvan Bank”ın aktivləri 346 milyon 463 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 0.7% çoxdur. Bunun 173 milyon 623 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 23% böyüyüb.

1 4 2 4 3 4 4 3

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər