19 C
Baku
Thursday, April 25, 2024

“Naxçıvanbank”ın Müşahidə Şurası və Audit Komitəsinin üzvləri tam dəyişdirildi – TƏYİNATLAR

Ölkənin yeganə regional bankı olan “Naxçıvanbank” ASC-nin Müşahidə Şurası (MŞ) və İdarə Heyəti (İH) üzrə yeni təyinatlar olub. 

Bankın təqdim etdiyi məlumata əsasən, bugünədək Müşahidə Şurasının sədri vəzifəsini icra edən Vasif Kazımov vəzifəsindən azad edilərək həmin vəzifə üzrə Əsədulla İsgəndərov təyin olunub. Bununla yanaşı, şuranın üzvləri Əlidadaş Babayev və Xuraman Mircavadova vəzifəsindən azad edilmiş, Baharxanım Talıbova və Rifat Mahmudov şuranın yeni üzvləri olaraq təyin edilmişdir.  

Məlumata görə, “Naxçıvanbank”ın İdarə Heyətinin tərkibi struktur olaraq dəyişdirilib. Belə ki, Azər Məmmədov bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdir. İdarə Heyətinin sədri vəzifəsi hazırda bankın İdarə Heyəti sədrinin I müavini İsa İsayev tərəfindən icra olunur. Həmçinin, bankda İdarə Heyəti üzrə 2 yeni müavin təyin olunmuşdur.  Bunlar eyni zamanda bankın Baş İnformasiya İnzibatçısı Murad Həsənli və Baş Risk İnzibatçısı Rafiq Xəlilovdur. İdarə Heyətinin digər üzvü isə hazırda bankın Baş Maliyyə İnzibatçısı olan Nahidə Əliyevadır. 

Xatırladaq ki, 2008-ci il 11 sentyabr tarixindən fəaliyyətə başlayan “Naxçıvanbank” ASC hazırda ölkənin yeganə regional bankıdır. Bankın cari ilin ilk 3 rübü üzrə xalis mənfəəti 5.924 milyon manat, aktivlərinin ümumi məbləği 308 milyon 905 min manat, nizamnamə kapitalı isə 82.43 milyon manatdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər