9 C
Baku
Thursday, December 12, 2024

“Naxçıvanbank”in xalis mənfəəti açıqlandı

“Naxçıvanbank” ASC 2019-cu il ərzində 7,97 mln. manatlıq faiz gəliri əldə edib. Bunun 6,84 mln. manatı kreditlər üzrə faiz gəlirləridir.

Banker.az xəbər verir ki, bu barədə Bankın ötən il üzrə açıqladığı maliyyə hesabatında qeyd edilir.

Hesabata görə, “Naxçıvanbank” il üzrə 536 min manat faiz xərci, 4,24 milyon manat qeyri-faiz gəliri 4,10 milyon manat qeyri-faiz xərci edib ki, bu da nəticədə bankın 7,58 mln. manatlıq əməliyyat mənfəəti əldə etməsi deməkdir.

“Naxçıvanbank” problemli kreditlər üzrə 1,06 mln. manatlıq ayırma etdikdən sonra 6,52 mln. manatlıq mənfəət əldə edib.

Bank 1,34 mln. manat mənfəət vergisi ödədikdən sonra xalis mənfəəti 5,18 mln. manat təşkil edib. Bu da öncəki ildən az olması deməkdir. Belə ki, bankın audit hesabatına görə, xalis mənfəəti 2018-ci il üzrə 6,1 mln. manat təşkil edirdi.

Bank bu mənfəət sonrası balansında toplanan bölüşdürülməmiş mənfəətini 5,18 mln. manat göstərilir.

Son xəbərlər
Digər xəbərlər