7 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda 15 vergi ödəyicisinin qanun pozuntusu faktı aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən ötən ilin dekabrında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə keçirilən yoxlama və monitorinqlər zamanı 15 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Bu barədə Naxçıvanın Dövlət Vergi Xidmətindən məlumat verilib.

Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 1 vergiödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılması, 1 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığortahaqqının ödənilməsi haqqında qəbz” alınmaması, 1 vergiödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması və 11 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması faktları aşkarlanıb.

Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər