6 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda 5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 5 521 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Bunu yerli Dövlət Vergi Xidmətinin rəis Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, bunların 90,5 %-i fiziki, 9,5 %-i hüquqi şəxslər və digər təşkilatlar olub.

“Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1,9 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,7 dəfə, hüquqi şəxslərin sayı isə 18 dəfə artıb. Cari dövrdə qeydiyyata alınan vergi ödəyicilərindən 111-i əczaçılıq fəaliyyəti ilə, 95-i isə səhiyyə xidmətlərinin göstərilməsi ilə məşğul olan şəxslərdir. İlin əvvəli ilə müqayisədə yeni qeydiyyata alınmış əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sayında 28 %, səhiyyə xidmətlərinin göstərilməsi ilə məşğul olan vergi ödəyicilərinin sayında isə 17 % artım baş verib”, – deyə xidmət rəisi əlavə edib.

“Naxçıvanda yaradılmış əlverişli biznes mühiti və tətbiq edilən müasir vergi inzibatçılığı nəticəsində bütün göstəricilərdə artıma nail olunub. 2023-cü ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi may-noyabr aylarında ümumilikdə 12 047 sayda qəbul həyat keçirib. Bu müddətdə vergi ödəyicilərinə və vətəndaşlara 17 497 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə qəbul edilmiş vətəndaşların sayından 2,1 dəfə, göstərilən xidmətlərin sayından isə 3 dəfə çoxdur”, – deyə A.İsmayılov əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər