17 C
Baku
Saturday, May 4, 2024

Naxçıvanda 6 ayda 5 minə yaxın daşınmaz əmlak dövlət qeydiyyatına alınıb

Bu ilin I yarısında Naxçıvan MR-da 4 869 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Bu barədə muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36.6% çoxdur.

6 aylıq göstəricinin 1 700-ü və yaxud 35 %-i ilkin, 3 169-u və yaxud 65 %-i isə təkrar qeydiyyatın payına düşüb.

I yarımildə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklardan 1 963-ü fərdi yaşayış evi, 1 602-si torpaq sahəsi, 910-u mənzil, 167-si qeyri-yaşayış sahəsi, 157-si qeyri-yaşayış binası, 66-sı əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.

Əmlakların 2 187-si və yaxud 44.9 %-i Naxçıvan şəhəri üzrə, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb.

Hesabat dövründə 3 632 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb ki, bu da 1 il əvvələ nisbətən 42.7 % çoxdur.

Bundan başqa, 1 697 əmlaka dair texniki pasport, 1 935 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib.

6 ay ərzində daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 2 424 arayış verilib, 1 690 əmlaka dair məlumat elektron informasiya sistemi vasitəsi ilə real vaxt rejimində notariat ofislərinə təqdim edilib.

Son 1 ildə Naxçıvanda qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 5.3 % artaraq 534-ə çatıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər