10 C
Baku
Thursday, December 12, 2024

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı bu il 24% artıb

Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 24% artaraq 19 219 olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 22% artaraq 522-yə, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 2% artaraq 5 432-yə çatıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər