28 C
Baku
Saturday, July 27, 2024

Naxçıvanda bəzi qərarlarında dəyişiklik edildi, bir sıra qərarları ləğv olundu

“Naxçıvan” Beynəlxalq Hava Limanının “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli Qərarının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib və bir sıra qərarları ləğv olunub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  bildirilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının şəhər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 20 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında təbii inhisar subyektlərinin Siyahısı”nda, həmçinin “Naxçıvan” Beynəlxalq Hava Limanının ştat cədvəli”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2022-ci il 6 iyul tarixli Qərarı”nda dəyişiklik edilib.

Bundan başqa, “Həbs edilmiş şəxslərin hava gəmisində daşınması Qaydası”nın təsdiq edilməsi barədə, “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə, “Naxçıvan Beynəlxalq Hava Limanının ərazisində yerləşən ticarət, ictimai iaşə və xidmət obyektlərinin icarə haqlarının müəyyən edilməsi haqqında”, “Naxçıvan Beynəlxalq Hava Limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi barədə”, “Naxçıvan Beynəlxalq Hava Limanının tabeliyində “Aeroport Taksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında”, “Naxçıvan Beynəlxalq Hava Limanında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonunun xidmətlərindən istifadə məsələləri haqqında”, “Naxçıvan Beynəlxalq Hava Limanının işçilərinin maddi təminatı və sosial müdafiəsinin gücləndirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında”, eləcə də “Naxçıvan Beynəlxalq Hava Limanında biznes sinif şəxslər (CİP) salonundan istifadə Qaydaları və avtomobil dayanacaq yerlərindən istifadəyə görə ödənişlərin məbləğinin təsdiq edilməsi haqqında” qərarları ləğv olunub.

Son xəbərlər
Digər xəbərlər