Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İmtahan Mərkəzinin elektron informasiya resursları yeni “nagro.gov.az” və “ndim.gov.az” domen adları ilə AzStateNet şəbəkəsinə köçürüldü.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.