25 C
Baku
Saturday, July 27, 2024

Naxçıvanda məktəb uçub, deyilənə görə 3 nəfər ölüb

Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur:

“Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Saat 14:13

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.

Hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib.

Hadisə nəticəsində məktəbin inşaat işində çalışan fəhlələrdən ölənlər və yaralananlar var.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər