28 C
Baku
Saturday, July 27, 2024

Naxçıvanda nəqliyyat vasitələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə köçürülən vəsait açıqlandı

2021-ci ilin ötən dövrü ərzində 34 nəqliyyat vasitəsinin özəlləşdirilməsindən 359 min manat, ümumilikdə özəlləşdirmə prosesi başlayandan bu günə kimi isə 20 milyon 812 min manat qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinə və təşkilatların hesabına köçürülüb.

Banker.az Naxçıvan İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, muxtar respublikada dövlət əmlakının özəlləşdirilməsi prosesində indiyədək sənaye, ticarət, nəqliyyat və digər xidmət sahələrində 4178 minə yaxın kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilib, 55-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilib.

Özəlləşdirmə əhalinin məşğulluğunun təmin edilməsində də əhəmiyyətli rol oynayıb, yaradılan xidmət mərkəzlərində 500-dən çox nəfər işlə təmin edilib.

Son xəbərlər
Digər xəbərlər