Naxçıvan Muxtar Respublikasında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı bu ilin yanvar-mart aylarında 536 manata çatdırılıb.
Banker.az-ın Naxçıvan Statistika İdarəsinin hesabatına istinadən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 6.3% artıb.
Qeyd edək ki, 2020-ci ildə isə Naxçıvan MR-da bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 505 manat təşkil edib.