Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 45.8 milyon manat vergi daxil olub.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 24.8% və yaxud 9.1 milyon manat çoxdur.
I rübdə Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116.1% icra edilib.