-1 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda vergi ödəyicilərinin sayı 2 dəfə artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 4340 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bunların 89,6 faizi fiziki, 10,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınan vergi ödəyicilərinin sayı 2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,8 dəfə, hüquqi şəxslərin sayı isə 32 dəfə artıb.

Yanvar-sentyabr aylarında kommersiya qurumlarının 64 faizi elektron qaydada, 36 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Son xəbərlər
Digər xəbərlər