16 C
Baku
Friday, April 19, 2024

Naxçıvanda yaşayış binasındakı yanğın söndürülüb – Yenilənib

17:13

Naxçıvanda yaşayış binasında baş verən yanğın söndürülüb.

Hazırda binada soyutma işləri aparılır.

İlkin ehtimala görə, yanğın elektrik xətlərində olan qısaqapanma nəticəsində baş verib.


16:41

Fövqəladə Hallar Nazirliyi Naxçıvanda yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.


16:27

Naxçıvan şəhərində yaşayış binası yanır.

Hadisə şəhərin 2-ci mikrorayonunda yerləşən binada qeydə alınıb.

Yanğının binanın damında başladığı bildirilir.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər