Naxçıvandakı obyektlərin 70 %-də yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb

Bu il yanvarın 1-nə Naxçıvan MR-da yeni nəsil nəzarət kassa aparatlarının sayı 73 ədəd olduğu halda, bu ilin 3 ayında 19 dəfədən çox artaraq 1 415 ədəd təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, əgər ötən ilin sonuna obyektlərin 3.8 %-də yeni kassa aparatları quraşdırılmışdısa, martın sonuna bu nisbət 70.2 % təşkil edib.

Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər