15 C
Baku
Saturday, April 20, 2024

Naxçıvanın bankına maya qoyuldu

Naxçıvan Muxtar Respublikasının kommersiya bankı “NaxçıvanBank” ASC-yə əlavə kapital yatırılıb.

Banker.az-ın xəbərinə görə, “NaxçıvanBank”ın nizamnamə kapitalı 5.18 mln manat və ya 6.7% artırılıb.

Hazırda bankın nizamnamə kapitalı 82.43 mln. manat həcmindədir.

Xatırladaq ki, “NaxçıvanBank” 2008-ci ildə yaradılıb, 4 fiziki şəxsin bankın səhmlərində payı var. Həmin fiziki şəxslərin adları açıqlanmayıb.

Bank cari ilin ilk yarımilliyinin sonunda 9.97 mln. manatlıq balansında bölüşdürülməmiş mənfəət olduğunu açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər