20 C
Baku
Thursday, May 2, 2024

Naxçıvanın daha bir dövlət qurumu “GOV.AZ” zonasına köçürülüb

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin elektron informasiya resursu yeni “nminenergy.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir”, – deyə məlumatda bildirilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər