1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda yüksək vəzifəli şəxsin həbs müddəti uzadıldı

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Rüstəmov Hicran Yaqub oğlu barəsində həbs qətimkan müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatətinə baxıb.

Məhkəmənin qərarı ilə Hicran Rüstəmov barəsində həbs qətimkan müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Hicran Rüstəmov ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətində başlanan cinayət işi üzrə həbs edilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Xatırladaq ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR Maliyyə naziri məsuliyyətə cəlb edilərək həbs edilib.

Son xəbərlər
Digər xəbərlər