-3 C
Baku
Sunday, December 15, 2024

Nazarbayevin qohumu Qazaxıstana 90 mlrd. tenge dəyərində aktiv qaytarıb

Qazaxıstanlı oliqarx Kayrat Boranbayev 90 milyard tenge dəyərində aktivləri ölkəyə qaytarıb.

Bu barədə “Sputnik”in Qazaxıstan bürosu məlumat yayıb.

Qeyd olunub ki, Boranbayev Qazaxıstana neft yatağı və qaz paylayıcı şirkət də daxil olmaqla 90 milyard tenge dəyərində aktivləri qaytarıb. Boranbayev həmçinin Təhsil İnfrastrukturuna Dəstək Fonduna 30 milyard tenge vəsait köçürüb.

Qeyd edək ki, Kayrat Boranbayev Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazabayevin qızının keçmiş qudasıdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər