35 C
Baku
Thursday, June 20, 2024

Nazir: 2024-cü ilin icmal büdcəsinin 80%-i DİM-ə sərf ediləcək

2024-cü ilin icmal büdcəsinin 80%-i dayanıqlı inkişaf məqsədlərinə sərf ediləcək.

Bunu Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda çıxışı zamanı iqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası sədrinin müavini Mikayıl Cabbarov deyib.

O bildirib ki, DİM məqsədlərinə nail olmaq üçün qeyri-neft-qaz sektorunda 350 min yeni iş yeri yaradılıb: “Bu da ildə orta hesabla 70 min iş yeri deməkdir. Qarşımızda duran növbəti hədəf iş yerlərinin sayına deyil, həm də kefiyyətini artıran sahələrin inkişafına yönəlməkdir”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər