7 C
Baku
Thursday, December 12, 2024

Nazir: “Azərbaycan müdafiə təyinatlı məhsulları 10 ölkəyə ixrac edir”

Azərbaycan 125 adda yeni müdafiə təyinatlı məmulatın yaradılması üzrə uğurlu təcrübə-konstruktor işləri həyata keçirir. Bu sözləri müdafiə sənayesi naziri Yavər Camalov deyib.

“Tərəfdaşlarla əməkdaşlıq nəticəsində ölkənin təhlükəsizliyini təmin edən hərbi texnika, silah-sursat istehsal edən müəssisələrimiz tamamilə yenidən qurulub”, – deyə o, bu gün Bakıda “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində bildirib.

Nazirin sözlərinə görə, müdafiə sənayesi müəssisələri Azərbaycan ordusunun tələbatını ödəyir.

“Bu gün müəssisələrimiz beynəlxalq və NATO standartlarına cavab verən hərbi təyinatlı məmulatlar istehsal edir. Bu, yüksək keyfiyyətli məmulatları dünya bazarlarına çıxarmağa imkan verir”, – deyə Y.Camalov qeyd edib.

O əlavə edib ki, hazırda Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar 10 ölkəyə ixrac edilir.

Son xəbərlər
Digər xəbərlər