-1 C
Baku
Thursday, February 9, 2023

Nazir: “BƏƏ ölkəmizin “yaşıl” prioritetlerinin icrasında mühüm tərəfdaşıdır” – Yenilənib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əbu-Dabi Davamlılıq Həftəsi çərçivəsində BƏƏ-nin sənaye və energetika naziri Suhail Mohamed Al Mazrouei ilə görüşüb.

Banker.az xəbər verir ki, bu barədə nazir P.Şahbazov öz rəsmi Twitter səhifəsində yazıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında yaşıl enerji əməkdaşlığının inkişafı və qlobal enerji bazarlarındakı vəziyyət müzakirə edilib.

Nazir qeyd edib ki, BƏƏ ölkəmizin “yaşıl” prioritetlerinin icrasında mühüm tərəfdaşıdır.

Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, görüşdə bildirilib ki, “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış əməkdaşlıq sənədinin, Azərbaycanın “yaşıl enerji” dəhlizinin mənbəyi olmasını təmin edəcək layihə və tədbirlərin icrası üzrə məsləhətləşmələr aparılır.

Son xəbərlər
Digər xəbərlər
X