“Azərbaycanda əlillik dərəcələrinin saxta yolla verilməsinə dair araşdırmalar davam edir”.
Banker.az Report-a istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
“Aşkar edilən mənfi hallar barədə ölçü götürülür. Saxta əlillik təyinatları ləğv edilir və dövlət büdcəsindən həmin şəxslərə edilmiş ödənişlər geri qaytarılır. Fəaliyyətimiz dövründə bu hallar mütəmadi araşdırılacaq və ortaya çıxan mənfi hallar aradan qaldırılacaq. Hazırda araşdırılma yekunlaşmadığı üçün konkret rəqəmin açıqlanması düzgün olmaz. Yekunda risk təhlili aparılacaq və növbəti dövrlərin araşdırılmasına başlanılacaq”, – deyə o, qeyd edib.